xoş gəlmisiniz!

ONLAR ARTIQ SAĞLIKLILAR

 
Xidmətlər

Xidmətlər

 

 Mütəxəssis həkim heyəti tərəfindən pulsuz tibbi ikinci rəy

Xəstəliyinizlə bağlı sənədlərinizi bizə təqdim edərək əməkdaşlıq etdiyimiz xəstəxanaların təcrübəli həkim heyəti tərəfindən ikinci tibbi rəy almış olursunuz.Biz sizə tibbi rəylə yanaşı xəstəliyinizlə bağlı diaqnostik müayinə və müalicə proqramlarının qiymətləri barədə də məlumat verəcəyik.

 Tibb müəssisələrinə yönləndirilmə və tibbi səyahət planının təşkili

İkinci tibbi rəy və qiymətləndirmə sonrası xəstə öz qərarı əsasında tərəfimizdən ən uyğun tibb müəssisəsinə göndərilir. Xəstə tibb müəssisəsinə getməzdən öncə həkim müayinəsi gün və saatının təyin edilməsi, qarşılama və yerləşdirmə kimi xidmətlər peşəkar heyətimiz tərəfindən təşkil edilir.

 Viza dəstəyi

Şirkətimiz xarici ölkələrdə müayinə və müalicə xidmətindən yararlanmaq istəyən vətəndaşlar üçün viza dəstəyi həyata geçirir.

 Hava ambulansı (təcili yardım təyyarə sifarişi) xidmətinin təmin edilməsi

Şirkətimiz xəstənin səhhəti və istəyindən asılı olaraq hava ambulansı xidmətini təşkil edərək vəziyyəti daha ağır olan və təcili müdaxiləyə ehtiyacı olan xəstələrin ən qısa zamanda xəstəxanaya çatdırılmasını təmin edir.

 Sənədləşmə, Tərcümə və Koordinator xidməti

Biz sizə həm xəstəxanada olduğunuz müddətdə ,həm də xəstəxana çıxışından sonra hər növ yardım xidmətlərini təklif edirik. Xəstəxanada olduğunuz müddətdə peşəkar tərcüməçilər siz və həkiminiz və digər tibbi heyət arasındakı dil baryerini ortadan qaldıraraq rahat şəkildə qarşlıqlı ünsiyyət qurmanıza köməklik göstərəcəkdir. Həmçinin, sizin xəstəxana çıxışınız zamanı bütün tibbi sənədləriniz yazılı şəkildə tərcümə olunaraq sizə təqdim edilir. Sizin xəstəxana çıxışınızdan sonra belə əməkdaşlarımız sizin elektron poçt ünvanı ilə və ya telefon vasitəsilə ünvanladığınız sullara cavab verməyə hazırdır.

 Standart və İndividual check up paketləri

Xəstələnmədən öncə sağlamlığının qeydinə qalan şəxslər üçün standart və individual check up paketlərimizi təqdim edirik

 Həkim və digər tibbi personal heyətinin tibbi praktikasının təşkili

Şirkətimiz yalnız xəstələri deyil həkim və digər tibbi personal heyətini də nəzərə alaraq tibbi təcrübə proqramlarının təşkilini həyata keçirir.

 

Əlaqə

Anatomist THG Group Travel
Ata Mahallesi Kabil caddesi No: 86/2
Çankaya / ANKARA / TÜRKİYE

+90 (549) 327 32 32

 

 

 

POÇT SİYAHISI

İzləyin

© Anatomist THG Group Travel. All Rights Reserved.

Designed by Oğuz ATALAY